Sizin reklam burada
Sizin reklam burada

Heyvani xəstəliklərlə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb

Heyvani xəstəliklərlə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin “Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyası” tərəfindən Xəzər dənizi, Binəqədi şosesi ərazisində yerləşən təbii su hovuzunun sahili, Keyrəki palçıq vulkanının ətrafı və Milli parklarda heyvani xəstəliklərlə bağlı monitorinq keçirilib.
Laboratoriyanın bülletenində bildirilib ki, Zirə kəndinin ətraf ərazisindən və kəndə yaxın olan dəniz sahilindən 5 ədəd balıq və su ilanı cəsədindən patmaterial, bionümunələr götürülüb, keçirilmiş müayinələr zamanı patagen mikroorqanizmləri aşkarlanmayıb.
Binəqədi şosesi ərazisində yerləşən təbii su hovuzunun sahili və Keyrəki palçıq vulkanının ətrafından 1 ədəd qarğa və siçovul cəsədlərinə rast gəlinib: “Cəsədlərdən götürülmüş patmateriallar tərəfimizdən laboratoriyaya gətirilib və bakterioloji, virusoloji analizlər edilib. Aparılmış analizlər zamanı cəsədlərdə infeksion olmayan xlamidiya və salmonella bakteriyaları aşkarlanıb. Heyvani xəstəliklərin mövcudluğunu araşdırmaq məqsədilə Hirkan Milli Parkı ərazisinin bir hissəsinə baxış keçirilərkən canavar, tülkü, dovşan, siçan, qaban, oxlu kirpi və quş ekskrementlərindən 19 ədəd bionümunə götürülüb. Monitorinq zamanı halsız, xəstə, ölü heyvan və quşlara təsadüf edilməyib. Edilmiş bakterioloji müayinələr zamanı heç bir infeksion xəstəliklər aşkarlanmayıb”.
Bülletendə qeyd olunub ki, Ağ göl Milli Parkı ərazisində H1N1 və digər heyvani xəstəliklərin mövcudluğunu araşdırmaq məqsədilə ilə keçirilmiş monitorinq zamanı tülkü, dovşan, qaban, canavar, maral və quş ekskrementlərindən ümumi hesabla 12 ədəd bionümunə götürülüb: “Nəticədə heç bir infeksion xəstəlik, habelə ərazidə xəstə, halsız, ölü quş və heyvan aşkarlanmayıb. Şahdağ Milli Parkında keçirilmiş monitorinq zamanı isə ərazidə 1 ədəd çaqqal cəsədinə rast gəlinib. Laboratoriyada aparılan analizlərin nəticəsinə əsasən cəsəddə quduzluq virusu aşkarlanmayıb”.
Mövsümlə əlaqədar Zaqatala Dövlət Təbiət Qoruğu, Samur-Yalam Milli Parkı və İran İslam Respublikasında quş qripinin aşkar olunmasına görə sərhəd zonalarında monitorinqlərin aparılmasına qərar verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ