Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda elektron səhiyyə proqramı yaradılacaq

Azərbaycanda elektron səhiyyə proqramı yaradılacaq Azərbaycanda elektron səhiyyə proqramının yaradılmasının nəzərdən keçiriləcək.
Bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Elektron səhiyyə proqramı elektron həllərin (həll variantlarının) işlənib hazırlanmasını, yüksək keyfiyyətdə və hamı üçün əlçatan səhiyyə xidmətlərinin göstərilməsini təmin edəcək. Əsas məqsəd pasiyentlərin məmnunluğuna yönəlmiş səhiyyə sisteminin formalaşdırılmasının təşviq olunmasıdır.
Elektron səhiyyə proqramı icbari tibbi sığorta sahəsində fəaliyyət göstərən dövlət qurumu tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə yaradılacaq və onun fəaliyyəti adıçəkilən dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində təmin ediləcək.
Proqram çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə elektron səhiyyə məlumatları; elektron qeydiyyat; rəqəmsal təsvirlər və elektron resept kimi komponentləri birləşdirəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ