Sizin reklam burada
Sizin reklam burada

Bölgələrdə vaksinasiya sürətlənib - Xəstəxana direktoru

Bölgələrdə vaksinasiya sürətlənib - Xəstəxana direktoru Bölgələrdə koronavirus əleyhinə vaksinasiya prosesi sürətlənib.
Bunu Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib.
O bildirib ki, son günlər peyvənd olunmaq üçün müraciət edənlərin sayı artmaqdadır: "Xəstəxanada vətəndaşların peyvənd olunması üçün briqadalar yaradılıb, müraciətlər qəbul edilir. Gün ərzində peyvənd olunmaq üçün müraciət edənlərin sayı 580-600 nəfər arasında dəyişir. Bu günə qədər 19 min 286 vaksin vurulub. Onlardan 5 min 530 nəfər hər iki dozanı qəbul edib. 8 min 206 nəfərə isə birinci doza vurulub. Vaksin vurulanlardan 379 nəfəri tibb işçiləri, qalanları isə müxtəlif şəxslərdir".
Direktor bildirib ki, vətəndaşlara "Sinovac" vaksini vurulur: "Vaksin vurulanlar arasında özünü bu günə qədər pis hiss edən olmayıb. Vaksin olunmaq üçün müraciət edən şəxslər əvvəlcə müayinə olunur, yanaşı xəstəliklərinin olub-olmaması yoxlanılır, sonra peyvənd olunmasına qərar verilir. Hazırda vətəndaşların peyvənd olunması üçün xəstəxana kifayət qədər vaksinlə təmin edilib".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ