Sizin reklam burada
Sizin reklam burada

Qazilərə yüksək diqqət və qayğı

Qazilərə yüksək diqqət və qayğı Respublika Kliniki Psixiatriya Xəstəxanasının fəaliyyətindən razılıq

"Atribut"un uzun müddətdir ki, ənənəvi olaraq fəaliyyətini işıqlandırdığı nümunəvi tibb ocaqlarından biri və başlıcası Respublika Kliniki Psixiatriya Xəstəxanasıdır. Bakının Maştağa qəsəbəsində yerləşən bu səhiyyə müəssisəsini ilboyu ənənəvi olaraq əbəs yerə söz masamızdan keçirmirik. Buraya yolu düşənlər, bələd olanlar bizimlə razılaşar ki, aparılan zəruri tibbi-profilaktik tədbirlər, göndərilən xəstələrə təxirə salınmadan aparılan müayinə və müalicənin keyfiyyətcə tibbin ən yüksək tələbləri səviyyəsində olması, müalicə alan xəstələrə qarşı həkim qayğısı və müasir müalicə üsullarının tətbiqi, onların tam təmirli, sanitar qaydalara cavab verən korpuslarda yerləşdirilməsi, həkim-podsiyent münasibətlərinin son dərəcə pozitiv qurulması və digər bu kimi nümunəvi qaydalar sözü gedən xəstəxananın başqalarından fərqli, müsbət cəhətlərinin bariz nümunəsidir.
Respublika Kliniki Psixiatriya Xəstəxanasının fərqli, müsbət cəhətləri bununla bitmir. Təxminən 10-11 il arxaya nəzər salsaq, burada sözün əsl mənasında cəhənnəmin cənnətə çevrildiyinin şahidi olarıq.
Bir vaxtlar dəlixana adı ilə tanınan bu tibb ocağının ürək bulandıran mənzərəsi, kol-kos, qamışlıq, yabanı otlar, tikanlıq basmış, küçə itlərinin oylağı olan, aylarla, illərlə antisanitar vəziyyətdə iylənib qalan, virus mənbəyinə çevrilən, büsbütün milçək yığnağı olan qrunt suları həyətyanı sahəyə ayaq basan hər kəsdə haqlı olaraq dəlixana təəssüratı yaradırdı...
Nəhayət, təcrübəli, qayğıkeş rəhbər, Əməkdar həkim Ağahəsən Rəsulov buraya təyinatı sanki bütün bu xoşagəlməzlikləri az müddətdə arxada qoydu və bununla da xəstəxananın fəaliyyət tarixində qaranlıqdan işığa doğru ilk dəfə köklü dönüş yaranmağa başlandı. İşə kollektivdə möhkəm nizam-intizam yaratmaqla başlayan A. Rəsulov illərin ağır yükünü çiyinlərinə götürərək düşünülmüş addımlar atmağa, köhnəliyi müasirliklə əvzləməyə, bir sözlə ürək bulandıran mənzərəni aradan qaldırmaq, sözügedən xəstəxananı cəhalət girdabından çıxarmaq üçün, neçə deyərlər gecəni gündüzə qatdı. Və.... istəyinə nail oldu. Burada 11 illik rəhbər fəaliyyəti dövründə baş direktor Ağahəsən Rəsulov neçə-neçə ilklərə imza atıb, müasir və təbii müalicə üsulunun tətbiqi məqsədilə analoqu olmayan yeniliklər edib, podsiyentlər üçün yaradıcı və müalicəvi dərnəklər yaradıb, xarici səfərləri zamanı dünyanın müasir psixatrik müalicə təcrübəsini, yeni tibbi metodları gətirib praktik həyata keçirib, ruhi-əsəb xəstəliyinin mükəmməl təbii müalicəsi olan içərisində müxtəlif balıqlar saxlanan iki iri həcmli hovuz yaradıb. Görülən işlər bununla bitmir. 25 hektardan ibarət həyətyanı sahə büsbütün yaşıllığa, gül-çiçəyə bürünüb. Burada bu illər ərzində 27 mindən çox dekorativ və mövsümi üzrə meyvə ağacları əkilib baş direktorun rəhbərliyi ilə.
İndi istər xəstələrinə baş çəkməyə gələn valideynlər, istərsə də xəstəxanaya gələn yerli və xarici qonaqlar həyətyanı sahəyə daxil olanda gördükləri mənzərəyə heyran qalırlar, sanki hansısa, istirahət mərkəzinə, sanatoriyaya daxil olduqlarını düşünürlər. Hələ burada son 2-3 ildə cökə tinglərindən ibarət salınan bağı demirəm. Artıq tinglər hər biri köklü, yaşıl cökə ağacıdır.
***
Apardığımız müşahidələr həmçinin bir daha onu göstərdi ki, pandemiyaya qarşı mübarizə tədbirləri burada son dərəcə ciddi şəkildə həyata keçirilməkdədir, eyni zamanda bu tədbirlərdən irəli gələn şərtlərə əməl olunmaqdadır. 600 nəfərdən çox xəstə müalicə olunaraq evlərinə buraxılıb. Həkimlərin ciddi səyləri nəticəsində yoluxma hallarının qarşısı alınaraq minimuma endirilib. Sanitar-gigiyenik qaydalara lazımınca əməl olunur. Bir sözlə, tibbi-profilaktik tədbirlər gücləndirilərək günün tələbləri səviyyəsinə yüksəldilib.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, yaşayıb arxada qoyduğumuz 2020-ci il ölkəmizin tarixində Qələbə ili kimi yadda qaldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində uzun illərdən bəri işğal altinda qalan torpaqlarımız düşmən tapdağından təmizləndi, doğma yurd-yuvalarımız əsarətdən qurtuldu və...
Vətən Müharibəsində canından keçən bütün Şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyirik. Təbii ki, onların bir hissəsi ağır baş-beyin travması alaraq ölkəmizin müxtəlif tibb ocaqlarına, eləcə də haqqında söz açdığımız, Respublika Kliniki Psixiatriya Xəstəxanasına müayinə və müalicə məqsədilə yerləşdiriliblər. Onu da öyrəndik ki, bu günədək ümumilikdə 1000-ə yaxın qazı burada müayinə və müalicə olunub. Hazırda Xəstəxanada eyni məqsədlə 90 nəfər qazı var. Onlara göstərilən yüksək tibbi xidmət və qayğı isə danılmazdır, göz önündədir. Tibb müəssisəsində olarkən qazilərdən bir neçəsi ilə görüşüb söhbət edərkən buna bir daha əmin olduq və xoş təəssüratla onlardan ayrıldıq.

Bəradər SƏMƏNDƏRLİ

Qazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğıQazilərə yüksək diqqət və qayğı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ