Sizin reklam burada
Sizin reklam burada

“Antitel testinə 45 manat ödədik, sığorta varsa, niyə pul verməliyik?”

“Antitel testinə 45 manat ödədik, sığorta varsa, niyə pul verməliyik?” “Aprelin 1-dən icbari sığorta bütün ölkədə tətbiq olunur. Ancaq yüz minlərlə vətəndaş üçün bir problem yaranıb. Bu yaxınlarda mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə peyvənddən sonra antiteli yoxlatmaq üçün xəstəxanaya müraciət etdik. Bunun üçün adama 45 manat ödədik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Orada bildirdik ki, əməkhaqqımızdan 2 faizi yanvarın 1-dən icbari sığortaya köçürürük. Nə üçün pul ödəməliyik? Tətbiq olunubsa bu, hamıya aid olmalıdır. Söhbət bizdən getmir. Bu pulu necəsə vermək olar. Ancaq təyinat olaraq yüz minlərlə vətəndaşın harada müayinə olunması açıq olaraq alır. Əgər biz icbari sığortaya hazır deyiliksə, saxlayaq müddəti növbəti ilə. Üstəgəl, pasiyentin həkim seçmək hüququ təmin edilməlidir”- - deyə deputat icbari sığorta sistemində olan çatışmazlıqları tənqid edərkən deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ