Sizin reklam burada
Sizin reklam burada

Fiziki əngəlli şəxslərin peyvəndlənməsi necə və harada təşkil olunur? - RƏSMİ AÇIQLAMA

Fiziki əngəlli şəxslərin peyvəndlənməsi necə və harada təşkil olunur? - RƏSMİ AÇIQLAMA “Ölkə üzrə peyvəndləməyə start verilən gündən fiziki əngəlli şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib”.
Bakı Baş Səhiyyə İdarəsindən verilən məluamata görə, fiziki əngəlli insanların əksəriyyət artıq peyvənd olunub.
Fiziki əngəlli şəxslərin peyvəndləmə prosesi isə aşağıdakı kimi aparılır:
“Fiziki əngəlli şəxs və ya yaxın adamı ərazi üzrə poliklinika yaxud sahə həkimi ilə əlaqə saxlayır. Poliklinikadan da Təcili Tibbi Yardıma məlumat verilir. Sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək Təcili Tibbi Yardım briqadası ilə birlikdə qeyd olunan ünvana, evə gedir”.
TƏBİB-dən verilən məlumata əsasən bölgələrdə məşkunlaşan fiziki əngəlli insanların peyvəndlənməsi səyyar şəkildə həyat keçirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ