Sizin reklam burada
Sizin reklam burada

Ağahəsən Rəsulov:-"Tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarına daha yüksək səviyyədə xidmət göstərilməsinə şərait yaradacaq!"

Ağahəsən Rəsulov:-"Tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarına daha yüksək səviyyədə xidmət göstərilməsinə şərait yaradacaq!"Ağxalatlılarımız öz işlərinə necə yanaşırlar?

Günlərin, ayların necə sürətlə ötüşdüyünün fərqindəyikmi? Koronavirus pandemiyasının yayılmasından artıq bir ildən çox vaxt keçir. Bəs, İkinci Qarabağ savaşı? Sanki dünən idi o müharibə, nə qədər sevincli, nə qədər həyəcanlı anlar yaşadıq. Mən hələ dünyada baş verən digər ictimai-siyasi olayları demirəm. Doğrudan da informasiya texnologiyaları başımızı o qədər qatıb ki, vaxtın necə tez keçdiyini hiss etmirik. Amma zaman məfhumu cəmiyyətin kiçik də olsa, bəzi kəsimləri üçün ayrı məna daşıyır. Bura ilk növbədə azadlıqdan məhrum edilənlər və ruhi xəstələr daxildir.
Respublika 1 saylı Psixoloji Xəstəxananın fəaliyyəti barədə, son illər sözügedən müəssisədə heyrətamiz dərəcədə böyük quruculuq işlərinin həyata keçirilməsi haqqında “Atribut”un səhifələrində dəfələrlə yazılar dərc etmişik. Yolum hər dəfə Maştağaya düşəndə respublikanın əməkdar həkimi, gözəl psixoloq və təbib Ağahəsən Rəsulovla görüşür və tibb müəssisəsində baş verən yeniliklərdən xəbər tutmağa çalışıram. Növbəti söhbətimiz də maraqlı oldu. O, dedi:
- Ölkə Prezidenti İlham Əliyevin istər son 17 ildə, istərsə də son bir illik fəaliyyətinə nəzər salanda, aydın görmək olar ki, dövlət başçısı bütün sahələrdə olduğu kimi, səhiyyəyə də daim xüsusi diqqət yetirir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar səmərəli nəticələr verir.
Siz buranın məndən əvvəlki mənzərəsini görmüşdünüz. Xəstəxananın tamamilə yeni görkəmə düşməsinin də şahidisiniz. Təbii ki, bütün bu işlərin həyata keçirilməsi məhz dövlət qayğısı nəticəsində mümkün olmuşdur.
Bilirsiniz ki, bu il aprelin 1-dən bütün ölkə ərazisində tibbi sığortanın tətbiqinə başlanılıb. Əslində bu mühüm dövlət tədbiri keçən il reallaşdırılmalıydı. Təəssüf ki, pandemiya səbəbindən bu məsələ ertələndi. İnanıram ki, tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarına daha yüksək səviyyədə xidmət göstərilməsinə şərait yaradacaq.
- Ağahəsən həkim, sözsüz ki, ötən il Azərbaycan üçün əlamətdarlıq baxımından Qarabağ savaşında zəfərlə yadda qaldı. Sizin də bu barədə təəssüratlarınızı bilmək istərdik.
- Əvvəlcə onu qeyd edim ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyev İkinci Qarabağ savaşında ermənilər üzərindəki qələbəmizlə bütün dünyaya sübut etdi ki, o dahi şəxsiyyətlərdən biridir, əsl sərkərdə və diplomat keyfiyyətlərinə malikdir. Bilirsiz ki, müharibə eləmək, onu zəfərlə başa çatdırmaq asan məsələ deyil. Bu məsələdə yüzlərlə komponent var, orduya rəhbərlik məsələsi var, siyasi iradə, qonşu dövlətlər və sadalamadığım bir çox məsələlər var. Üstəlik 30 il ərzində formalaşmış “erməni mifi”…
Bütün bu mürəkkəb məsələlərə baxmayaraq, cənab Prezident xalqımıza qələbə sevincini yaşatdı. İgid hərbçilərimiz misilsiz rəqadət və qəhrəmanlıq göstərərək Vətən torpaqları uğrunda şəhid oldular, yaralandılar. Xalqımız müharibə günlərində birlik nümayiş etdirdi. Məhz bu amillər sayəsində torpaqlarımızın böyük bir hissəsi erməni işğalından azad olundu.
- 44 günlük döyüşlər zamanı rəhbərlik etdiyiniz xəstəxanaya da yaralılar gətirilirdimi?
- Müharibə əsgər və zabitlər üçün təkcə döyüş meydanı demək deyil. Psixoloji gərginliklər, beyin travmaları və digər amillər tibbi müalicə tələb edir. Təbii ki, savaş dövründə və sonrakı mərhələlərdə bizim xəstəxanada da onlarla əsgər və zabitlər müalicə olunublar. Tam əminliklə deyə bilərəm ki, kollektivimizdə çalışan həkim və tibb bacıları əllərindən gələn bütün vasitələrdən istifadə edərək onlara yüksək səviyyədə xidmət göstəriblər.
- İstərdim bir az da pandemiya bəlasından danışaq…
- Onsuz da bu bir ildən çoxdur ki, dünyanın bir nömrəli mövzusudur. Bəşəriyyət heç də ilk dəfə deyil ki, pandemiya ilə rastlaşır. Ancaq bu, yeni növ koronavirusdur. Deməli, xəstəliyi geniş öyrənmək üçün zamana ehtiyac var. Şübhəsiz ki, peyvəndlərin tapılması da xeyli vaxt istəyirdi. Şükürlər olsun ki, artıq həmin mərhələ arxada qalıb. Azərbaycan da o ölkələrdəndir ki, əhalinin peyvənd olunmasına başlanılıb. Yeri gəlmişkən, ölkəmihin bu bəla ilə mübarizəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir neçə dəfə təqdir edilib. Hətta Azərbaycan 30-dan çox ölkəyə yardımlar da edib. Bu, bir daha cənab Prezidentimizin ölkə əhalisinin sağlamlığına ciddi diqqət yetirməsinin göstəricisidir.
O ki qaldı COVİD-19 xəstələrinin bizim müəssisədə müalicəsinə, deyim ki, bizdə də zaman-zaman belələri olub və müalicə alıblar. Hazırda 19 belə xəstəyə intensiv müalicə kursları təyin olunub. Ümidvaram ki, onlar da şəfa tapıb evlərinə qayıdacaqlar.

Bəradər SƏMƏNDƏRLİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ