Sizin reklam burada
Sizin reklam burada

Təcili yardım bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Təcili yardım bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyanın baş həkimin müavini Murad Mirzəzadə bildirib ki, bayram və istirahət günlərində təcili yardıma müraciət edən insanların çox olduğunu nəzərə alaraq 138 briqadanın hər biri işdə olacaq: “Gücləndirilmiş iş rejimi zamanı bütün briqadalar, heyət tam şəkildə fəaliyyət göstərəcək. Bununla yanaşı bütün məsul şəxslər, rəhbərlik heyəti də növbətçiliyə əsasən işləyəcəklər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ