
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 109 nömrəli qərarına əsasən, icbari dispanserizasiyanın nəticələri barədə məlumatların e-sistemə daxil edilməsində ləngimə hallarına yol verilməməsi üçün tibb kabinetləri məktəb tərəfindən kompüterlərlə təmin ediləcək. artıq bununla bağlı Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə razılaşma əldə edilib.
Nazirlik hesab edir ki, bu, təhsil müəssisələrində aparılan profilaktik tibbi müayinələrin nəticələrini dərhal uşaqların e-sağlamlıq kartı sisteminə daxil etməyə kömək edəcək.