Sizin reklam burada
Sizin reklam burada

Hospitalın rəhbərliyi qazilərimizin tezliklə sağalması üçün əllərindən gələni əsirgəmir

Hospitalın rəhbərliyi qazilərimizin tezliklə sağalması üçün əllərindən gələni əsirgəmir Milli Məclisin deputatı Razi Nurullayevin tapşırığı əsasında Mərkəzi Hərbi Klinik Hospitalında qazilərimizi ziyarət etdim. Öncə Hospitalın rəhbərliyinə təşəkkür edirik ki, qazilərimizə xüsusi diqqət və qayğı göstərir, onların tezliklə sağalması üçün əllərindən gələni əsirgəmirlər.
Əvvəlcə Hospitalın psixiatriya şöbəsində yatan İmişli rayon sakini, bu ilin yanvar ayında könüllü hərbi xidmətə yazılan Məmmədov Seyidəzim Seyidməmməd oğlu ilə görüşdüm. Valideynləri oğlunun epilyasiya xəstəsi olduğunu bildirirlər, amma müalicə sənədlərini itiriblər. Hospitalın tibb heyəti birgə müzakirələrdən sonra Seyidəzimin ümumi səhhətində ciddi problemin olmadığı və lazım olduğu halda yenidən müayinə olunacağı bildirildi.
İmişlinin Əlyetməzli kəndindən yaralı Həşimov Qismət Razim oğlunu Razi müəllim palatada ziyarət etmişdi. Ağır yanıq xəsarətləri, travmalar alıb. Qismət yaxın günlərdə müalicəsini "Yaşat" Fondu vasitəsilə Türkiyədə davam etdirəcək. Hal-hazırda sənəd məsələləri həll olunur.
Deputat Razi Nurullayev MP hər iki qazimizlə telefon əlaqəsi saxlayıb, onlara qısa zamanda sağalaraq ailəsinin, doğmalarının və dostlarının yanına qayıtmağı və fəaliyyətinə davam etməyi arzulayıb.

Ehtiram Mehtiyev
Hospitalın rəhbərliyi qazilərimizin tezliklə sağalması üçün əllərindən gələni əsirgəmir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ