
“Qafqazinfo”ya istinadən bildiririk ki, məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanovla əlaqə saxlayıb. Direktor bildirib ki, əslində diabet xəstələrinə müalicə üçün dərmanlar Mərkəzi Xəstəxana tərəfindən verilməlidir. Amma hazırda xəstəxana koronaviruslu xəstələr üçün ayrıldığından bu iş Cəlilabad Müalicə Diaqnostika Mərkəzində həyata keçirilir:
“Cəlilabad rayonu üzrə 4 minə yaxın şəkərli diabet xəstəsi var. Onlara hər ayın sonuncu həftəsi şəkər dərmanları paylanır. Xəstələrdən 2800-ə yaxın insan kənd əhalisidir. Onların diabet dərmanları kənd tibb məntəqələrinə verilir və evlərinə paylanılır. Cəlilabad MRX “COVID-19” xəstəxanası olduğundan, rayon əhalisinə dərmanlar müvəqqəti yerləşdiyimiz Cəlilabad Müalicə Diaqnostika Mərkəzində verilir. Onlara qabaqcadan məlumat verilir ki, hər ayın axırıncı həftəsi müraciət edib dərmanlarını alsınlar. Reseptləri yazılır, əvvəlcədən apteklərə təhvil verilir. Sadəcə, insanlar özləri orada növbəni qurmalıdırlar”.