Sizin reklam burada
Sizin reklam burada
  • Bu virus qripdən də tez yayılır - Ehtiyatlı olun!

    Bu virus qripdən də tez yayılır - Ehtiyatlı olun! Havaların tez-tez dəyişməsi səbəbiylə virus xəstəliklərinə tutulanların sayı da artıb. Bəzən gizli, bəzən isə açıq şəkildə özünü göstərən epidemiya kütləvi və sürətli şəkildə yayılır.
    Son zamanlar ölkədə yeni qrip epidemiyası dolaşması ilə bağlı xəbərlər yayılıb.
    Adətən kəskin hərarət, iştahsızlıq, yüksək hərarətlə müşayiət olunan xəstəlik insanların arasında kütləvi hal alıb. Vətəndaşlar kütləvi qrip hallarının artmasından narahatdırlar.
    Boğazda qıcıqlanma, yüksək hərarətlə müşahidə edilən xəstəliyə qarşı müalicə tətbiq edilmədiyi halda xəstənin vəziyyəti daha da pisləşə bilər.
    Həkimlər isə əvvəlki illərə nisbətən son vaxtlar qriplə bağlı müraciətlərin çox olduğunu deyirlər.
    Daha çox uşaqlarda və kollektivlə işləyən insanlarda müşahidə olunan qripin qəribə əlaməti isə hərarətin düşməməsi və bəzən isə hərarətsiz şəkildə ağır yorğunluq ,gözlərin sulanması və kütləvi şəkildə yayılma ilə müşahidə olunmasıdır.
    Həkim Şəmsiyyə Namazlı qış fəslində mövsümi respirator xəstəliklərin müşahidə edilməsinin normal olduğunu desə də, qorunma yollarını da açıqladı.
    Adətən belə xəstələr ev şəraitində müalicə edilsə də, kəskinləşmiş formada həkimə müraciət etmələri məsləhət görülür.Əks halda xəstəliyin daha ağır fəsadları ola bilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ