Sizin reklam burada
Sizin reklam burada

Nümunəvi tibb ocağı

Nümunəvi tibb ocağı Yaşayıb arxada qoyduğumuz 2020-ci il ölkəmizin tarixində Qələbə ili kimi yadda qaldı. Müzəffər Ali Baş Komandamızın qətiyyəti və rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində uzun illərdən bəri işğal altında qalan torpaqlarımız düşmən tapdağından təmizləndi, doğma yurd-yuvalarımız əsarətdən qurtuldu və…
Artıq 2021-ci il işğaldan qurtulan Vətən torpaqlarımızda dövlət başçısı tərəfindən quruculuq, inkişaf ili elan edilib. Elə cari ilin dövlət büdcəsi də bu mənada Qələbə büdcəsi adlanır.
Bu əhval-ruhiyyə cəmiyyətimizin bütün fəaliyyət sektorlarında özünü əməli şəkildə göstərməkdədir. Sanki görülən hər bir işdə qələbə sevinci yaşanır. Hazırda üz-üzə qaldığımız və bəşəriyyətə meydan oxuyan digər düşmənə - koronavirusa (COVİD-19) qarşı mübarizə də ölkəmizdə yüksək səviyyədə və digər ölkələrə nümunə olacaq tərzdə aparılmaqdadır. Dövlətimiz bu mübarizədən də az ziyanla və az insan itkisi ilə çıxmaq naminə qüvvələri səfərbər etməkdə, həkimlərimiz maksimum səy göstərməkdədi. Aidiyyatı üzrə səhiyyə müəssisələrinə yönəldilən xəstələrə göstərilən yüksək tibb xidmət, həkim peşəkarlığı bunu deməyə imkan verir.
Ötən gün yolumuz Bakının Maştağa qəsəbəsindən düşmüşdü. Ənənəvi olaraq bu dəfə də ərazidə yerləşən Respublika 1 saylı Kliniki Psixatriya Xəstəxanasına baş çəkməyi unutmadıq. Lakin bu dəfə elə giriş qapısındaca əvvəlkilərdən xeyli fərqli, həm də ciddi mənzərənin şahidi olduq.
Xəstəylə və ya xəstəliklə bağlı xüsusi göndəriş olmadan kənar şəxslər içəri buraxılmır. Görünür, pandemiyaya qarşı mübarizə tədbirləri burada son dərəcə ciddi şəkildə həyata keçirilir və bu tədbirlərdən irəli gələn şərtlərə də eyni qaydada əməl olunur. Öyrəndik ki, təkcə 515 nəfər koronaviruslu xəstə burada müalicə olunaraq evlərinə buraxılıb. Həkimlərin ciddi səyləri nəticəsində yoluxma hallarının da qarşısı alınaraq minimuma endirilib. Təbii ki, bir-birilə yaxın məsafədən təmas ciddi şəkildə məhdudlaşdırılıb, sanitar-gigiyenik qaydalara yüksək əməl olunur. Ən əsası isə tibbi-profilaktik tədbirlər gücləndirilərək günün tələbləri səviyyəsinə yüksəldilib.
Heç şübhəsiz, bütün bunlar baş direktor, Respublikanın Əməkdar həkimi Ağahəsən Rəsulovun təcrübəli rəhbər fəaliyyətinin bariz nümunələridir.
Nümunəvi tibb ocağıNümunəvi tibb ocağıNümunəvi tibb ocağıNümunəvi tibb ocağı
Xəstəxana həyətinə nəzər saldıqda buraların xəstəxanadan çox hansısa qabaqcıl sanatoriya olduğunu təsəvvür etməmək mümkün deyil. Zəngin təbiətə, füsunkar gözəlliyə, yaşıl bağ-bağata baxdıqca baxmaq istəyirsən. Hələ növbənöv dekorativ ağacları, hər mövsümə uyğun meyvə ağaclarını və gül-çiçəkləri, içərisində müxtəlif növ balıq saxlanılan 2 ədəd geniş hovuzları, hovuzların ortasındakı su fantanlarını, yaz-yay aylarında istər xəstələrə baş çəkməyə gələn valideynlərin, istər xəstəxanaya gələn qonaqların, digər nümayəndələrin, istərsə də çöl gəzintisinə çıxarılan xəstələrin xoş istirahəti, təbiətdən zövq almaları üçün yaradılan hər bir zəruri şəraitlə yanaşı, ağaclar altında quraşdırılan müasir skamyalar, onların qarşısındakı stollarda dama oyunları, oynamaq üçün həkk olunan damaları da nəzərə alsaq, açığını deyək ki, bu ahənrudə gözəllikdən adam ayrılıb getmək istəmir. Təkcə buradakı hovuzların başında dayanıb balıqlara tamaşa etməyin insan beynini, ruhunu necə təbii müalicə etdiyini dilə gətirmək, sözlə ifadə etmək mümkün deyil.
Artıq qış aylarını yaşayırıq. Rəhbərliyin göstərişi ilə yaza hazırlıq məqsədilə ağacların dibləri bellənir, ara məsafələr şumlanır, bəzi ziyanverici, xoşagəlməyən yabanı bitkilərdən təmizlənir. Bir sözlə, sözügedən xəstəxanada kompleks işlər aparılmaqdadır, təbii ki, ara məsafələrə, pandemiya qaydalarına riayət etməklə. Görülən və görüləcək bütün işlərdə yalnız bir məqsəd var; Azərbaycanın düşmən üzərində əldə etdiyi tarixi qələbəyə əməli şəkildə dəstək vermək, 2-ci düşmənə (COVİD-19-a) qalib gəlmək üçün insan sağlamlığının maksimum şəkildə qorunmasını təmin etmək, ölkəmizin gələcək inkişafına tibbin müasir tələbləri səviyyəsində töhfə vermək.
Bəradər Səməndərli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ