Sizin reklam burada
Sizin reklam burada

Tibb Universitetində israilli mütəxəssislər tərəfindən keçirilən seminarın iştirakçılarına sertifikatlar verilib

Tibb Universitetində israilli mütəxəssislər tərəfindən keçirilən seminarın iştirakçılarına sertifikatlar verilib Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsrailin Ben-Qurion Universiteti əməkdaşlarının keçirdiyi “Düzgün kliniki praktika” mövzusunda seminar başa çatıb.
ATU-nun mətbuat xidmətindən bildirilib ki, seminarın yekununa həsr olunan mərasimdə İsrailin ölkəmizdəki səfiri Dan Stav da iştirak edib.
Tədbirdə ATU-nun prorektorları Rauf Bəylərov və Rəhimə Qabulova, Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev və digər qonaqlar çıxış ediblər. Qeyd olunub ki, ATU ilə Ben-Qurion Universitetinin birgə təşəbbüsü ilə keçirilən bu seminar klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq.
Mərasimin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ