Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib Oktyabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasın gündəliyinə yalnız bir məsələnin daxil edildiyini bildirib.
Onlayn iclasda“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.
Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb, sənədin əvvəlki oxunuşlarda müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərə nəzər salınıb.
Komitə üzvləri Rəşad Mahmudov, AnatoliyRafailov, Ülvi Quliyev, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, İlham Məmmədov, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Soltan Məmmədov, Müşfiq Məmmədli sənədlə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasınatövsiyə edilməsi qərara alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ