Sizin reklam burada
Sizin reklam burada

Koronavirusa qarşı ilk peyvənd qeydiyyatdan keçdi

Koronavirusa qarşı ilk peyvənd qeydiyyatdan keçdi Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib.
“Bildiyim qədər bu gün səhər dünyada ilk dəfə yeni növ koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib”, - Rusiya prezidenti hökumət üzvləri ilə keçirdiyi iclasda qeyd edib.
Putin səhiyyə naziri Mixail Muraşkodan bu haqda ətraflı məlumat verməyi də xahiş edib: “Bilirəm ki, peyvənd olduqca effektiv təsir göstərir, dayanıqlı immunitet formalaşdırır. Təkrar edirəm ki, bu peyvənd bütün lazımi yoxlamalardan keçib”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ