Sizin reklam burada
Sizin reklam burada

Evdə müalicə alan xəstələrlə bağlı VACİB AÇIQLAMA

Evdə müalicə alan xəstələrlə bağlı VACİB AÇIQLAMA "Bir müddət əvvəl yoluxma sayı artdığından Operativ Qərargah tərəfindən simtomsuz və ya az simptomlu xəstələrin ev şəraitində müşahidə və müalicəsi aparılırdı. Lakin hazırda yoluxma sayı azaldığı üçün evdə müalicə alan xəstələrin istəyini və durumunu nəzərə alaraq, xəstəxanaya yerləşdirilmə həyata keçirilir”.
Bu sözləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva ölkədə virusa yoluxanların sayının azalmasından sonra evdə müalicə alan xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda xəstə sayının azlığına görə məcburi halda bütün xəstələrin xüsusi rejimli xəstəxanalara və ya karantin yerlərinə cəlb edilməsi yoxdur:
"Xəstənin öz razılığı ilə xəstəxanaya yerləşdirilə və ya ev şəraitində müalicəsi davam etdirilə bilər.
Bütün bu müddətdə olduğu kimi, TƏBİB tərəfindən Səhiyyə Nazirliyinə boş yerlərin siyahısı təqdim edilir və koordinasiyalı şəkildə xəstələrin yerləşdirilməsi davam edir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ