Sizin reklam burada
Sizin reklam burada

Diqqət və qayğı olan yerdə

Diqqət və qayğı olan yerdə

Nümunəvi tibb ocağı

Bu gün dünyanı cənginə alan, bəşəriyyətə açıq müharibə elan edən koronavirus pandemiyası Azərbaycanı da ciddi şəkildə silkələməkdədir. Virusun qarşısının alınması üçün ölkə rəhbəri tərəfindən hər cür addımların atılmasına baxmayaraq son rəqəmlər onu göstərir ki, pandemiya təhlükəsi günü-gündən genişlənməkdə davam edir. Təbii ki, bunun əsas səbəblərindən biri də Nazirlər Kabineti Yanında Operativ Qərargahın qarşıya qoyduğu qaydalara əksər insanların əməl etməməsidir…
Bu arada ötən gün yolumuz Bakının Maştağa qəsəbəsindəki Respublika Kliniki Psixiatriya Xəstəxanasına düşmüşdü. Onu da qeyd edək ki, artıq on ildən çoxdur qəzetimizdə bu tibb ocağının fəaliyyətilə bağlı doğru-düzgün yazılar dərc olunur. Görülən işlərdən söz açmaq nə gözəldir.
Ötən saylarımızda da qeyd etdiyimiz kimi, sözügedən xəstəxananın 10-11 il əvvəlki keçmişi ilə bu gününü müqayisə etmək ədalət naminə desək, cəhənnəmlə cənnəti müqayisə etmək qədər fərqli məsələdir. Son dərəcə gözdən-könüldən uzaq düşmüş, həyətyanı sahəsində aylarla, illərlə yığılıb qalan, üfunət qoxuyan qurunt suları, nə əsaslı, nə də cari təmir olunmayan uçulub-tökülmüş qəzalı vəziyyətdə olan köhnə zirzəmiyə bənzəyən korpuslar, xəstələrin (antisanitar vəziyyətdə olan) mətbəx və yataq otaqları, çirkli yataq dəstləri, dağınış düşmüş kollektiv, susuzluqdan çat-çat olan həyətyanı sahənin qar-qamış, kol-kos basmış vəhşi görüntüsü, ürək bulandıran mənzərə, daha nələr, nələr…
Diqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdə
Bütün bunların kökündən dəyişdirilərək yeni, müasir görkəm alması, güllü-çiçəkli, laləzar sahəylə əvəs olunması, Bakının iqlim şəraitinə uyğun olaraq müxtəlif növ meyvə ağaclarının, estetik cəhətdən buraya xüsusi gözəllik bəxş edən dekorativ ağacların əkilib, becərilib ərsəyə gətirilməsi, ən başlıcası Azərbaycanda analoqu olmayan cökə bağının salınması onların zamanında və qaydasında suvarılması üçün yeni su quyularının kəşf edilməsi, 25 hektarlıq həyətyanı sahədə ruhi-əsəb xəstələrinin əsas təbii müalicəsi olan iki irihəcmli hovuzun salınması və içərisində müxtəlif növ balıqların saxlanılması və sadalamaqla bitib tükənməyən bu kimi işlərin görülməsi bir ömürlük zaman tələb etsə də, baş direktor, Respublikanın Əmək-dar həkimi Ağahəsən Rəsulovun təcrübəli rəhbər fəaliyyətinin nəticəsində son 10 il müddətində ən yüksək həllini tapdı. Onun özünün də qeyd etdiyi kimi bütün bunlar ölkə prezidenti cənab İlham Əliyevin, səhiyyə naziri Oqtay Şirəliyevin diqqət və qayğısının gerçək nəticəsidir.
Diqqət və qayğı olan yerdə
Diqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdəDiqqət və qayğı olan yerdə
Bu gün xəstəxanada demək olar ki, köhnə, qəzalı tikililərdən əsər-əlamət qalmayıb. Bütün korpuslar yenisiylə əvəzlənib və içərilərində müasir tələblərə cavab verən inventarlar quraşdırılıb. Eyni zamanda burada 700 nəfərlik hər cün sanitar qaydalara cavab verən müasir inventarla təchiz olunan yeməkxana artıq bir neçə ildir ki, tikilib istifadəyə verilərək xəstələrin xidmətindədir. Kollektivdə bir nizam-intizam, şəffaflıq, birlik hökm sürür. Bütün bunların nəticəsidir ki, hər il buradan neçə-neçə xəstələr şəfa taparaq çöl həyatına, evə buraxılır.
Son mənzərə isə onu göstərir ki, pandemiya dövründə Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın tələb və tövsiyələrinə burada yetərincə əməl olunur. Qəbul otağında, eləcə də digər yerlərdə saxlanan ara məsafələri, maska və əlcəklərdən tam istifadə olunması, yaxın təmasdan istifadəyə yol verilməməsi, dezinfeksiyanın mütəmadi aparılması kimi hallar deməyə əsas verir ki, sözügedən tibb ocağında yoluxma halları minmum səviyyədədir…
Yazının davamını növbəti saylarımızda oxuya bilərsiniz.
Diqqət və qayğı olan yerdə
Bəradər Seyfullaoğlu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ