Sizin reklam burada
Sizin reklam burada

Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır

Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarırv Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
Səhiyyə Nazirliyindən bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə hr@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər:

Ərizə;
Şəxsiyyət vəsiqəsi;
Diplom;
İnternatura vəsiqəsi;
Sertifikat;
Əmək kitabçası.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ