Sizin reklam burada
Sizin reklam burada

ÜST-dən CİDDİ XƏBƏRDARLIQ: indi bu dərmanlardan istifadə etsəniz, gələcəkdə...

ÜST-dən CİDDİ XƏBƏRDARLIQ: indi bu dərmanlardan istifadə etsəniz, gələcəkdə... Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusun (COVID-19) müalicəsində antibiotiklərdən istifadəni tövsiyə etmir.
Qurumun baş katibi Tedros Adanom Qebreyesus getdikcə artan bakterial infeksiyaların onları daha əvvəl müalicə etmək üçün istifadə olunan dərmanlara qarşı müqavimətli hala gəldiyini söyləyib.
Onun sözlərinə görə, antibiotik bakterial infeksiyaları artıra bilər: "COVID-19 pandemiyası antibiotik istifadəsində artıma səbəb oldu. Bu durumun yaradacağı bakterial müqavimət pandemiyadan sonra ağır yükün yaranmasına səbəb olacaq”.
ÜST-ün tövsiyəsinə əsasən, koronavirus infeksiyasını yüngül simptomlarla yaşayanların antibiotikə ehtiyacı yoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ