Sizin reklam burada
Sizin reklam burada
  • Səhiyyə Nazirliyi: "Hələlik biz bu işə yumşaq yanaşırıq"

    Səhiyyə Nazirliyi: "Hələlik biz bu işə yumşaq yanaşırıq" "Bəzi tibb işçiləri elə hesab edirlər ki, növbəti sertifikasiyadan 5 il tamam olduqdan sonra keçməlidirlər. Lakin bu, düzgün yanaşma deyil".
    Bunu Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib: "Qanuna görə, onlar 5 il ərzində resertifikasiyadan (təkrar) keçməlidirlər. Misal olaraq, şəxs 2011-ci ildə sertifikasiyadan keçibsə, hesab etməsin ki, 2017-ci ildə təkrar imtahanda iştirak etməlidir. O, 5 ilin tamamına 7-8 ay qalmış sənədlərini yenidən verərək sertifikasiyadan keçməlidir. Bəzi hallarda gecikmələr olur. Gecikmə olduqda biz onları artıq imtahana buraxmırıq. Çünki onlar işsiz hesab olunurlar. Faktiki olaraq onlar işdən xaric edilməlidir. Resertifikasiya prosesi yeni olduğuna görə hələlik biz bu işə yumşaq yanaşırıq. Onlar yalnız Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra imtahanlarda iştirak edə bilirlər".
    M.Abbadov qeyd edib ki, həm özəl, həm də dövlət müəssisələrində işləyən həkimlər icbari qaydada 5 ildən bir sertifikasiya imtahanlarından keçməlidirlər. Yalnız işsiz həkimlər Bu imtahanlardan könüllü şəkildə keçə bilər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ