
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən xəbərə görə, nəticədə 31 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 3 botulizm hadisəsi nəticəsində isə 9 nəfər zəhərlənib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.
Bu ilin 11 ayında Azərbaycanda qeydə alınan 573 qida zəhərlənməsi nəticəsində 848 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 33 botulizm hadisəsi nəticəsində 46 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 2 nəfər ölüb.