Sizin reklam burada
Sizin reklam burada

Son 5 ildə Azərbaycanda sertifikasiyadan keçən həkimlərin sayı açıqlanıb

Son 5 ildə Azərbaycanda sertifikasiyadan keçən həkimlərin sayı açıqlanıb “Azərbaycanda tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır”.
Bunu Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu günə kimi 26860 həkimə və 38000 orta tibb işçisinə imtahana buraxılış vərəqəsi verilib. M.Abbasov vurğulayıb ki, imtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin təxminən 15-18%-ni, orta tibb işçilərinin isə 15%-ni təşkil edir: “Azərbaycanda indiyədək 22 614 ali və 32 272 orta tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib. Ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə həmin işçilər beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər”.
M. Abbasov əlavə edib ki, həm özəl, həm də dövlət müəssisələrində işləyən həkimlər icbari qaydada 5 ildən bir sertifikasiya imtahanlarından keçməlidirlər. Bu imtahanlarda könüllü şəkildə yalnız işsiz həkimlərin keçə bildiyini deyən komissiya sədri vurğulayıb ki, qanuna görə, onlar 5 il ərzində resertifikasiyadan (təkrar) keçməlidirlər: “Bəzi hallarda gecikmələr olur. Gecikmə olduqda biz onları artıq imtahana buraxmırıq. Çünki onlar işsiz hesab olunur və faktiki olaraq onlar işdən xaric edilməlidir. Resertifikasiya prosesi yeni olduğuna görə hələlik biz bu işə yumşaq yanaşırıq. Onlar yalnız Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra imtahanlarda iştirak edə bilirlər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ