Sizin reklam burada
Sizin reklam burada

2 həkim uşaq ölümünə görə işdən qovulub

2 həkim uşaq ölümünə görə işdən qovulub “Səhiyyə Nazirliyində həkim səhlənkarlığı nəticəsində uşaq ölümləri ilə bağlı məsələ müzakirə olunub. Nəticədə uşaq ölümündə təqsirli bilinən 2 həkim işdən çıxarılıb, digərlərinə töhmət verilib”.
Bunu Səhiyyə Nazirliyinin baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O qeyd edib ki, həkim səhlənkarlığı nəticəsində uşaqların ölüm hallarına çox az hallarda rast gəlinir.
“Həkimlər bəzən səhvə yol verirlər. Çox az hallarda nöqsanlar aşkar olunur. Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan bir uşağın səhv müayinə olunması Səhiyyə Nazirliyinin komissiyasında müzakirə keçirildi. Komissiyada baş verən uşaq ölümlərinin hər biri müzakirədən keçirilir və müvafiq olaraq tədbirlər görülür. Bir neçə ay bundan əvvəl təcili tibbi yardımın xidməti həkimi uşaq ölümündəki səhvinə görə işdən azad edilib. Həmçinin Ağcabədidə uşaq ölümündə ittiham olunan sahə həkimi vəzifəsindən azad edilib, bir neçə nəfər töhmət alıb”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ