Sizin reklam burada
Sizin reklam burada

Antidepressantlar insult yaradır

Antidepressantlar insult yaradır Bu barədə Amerika Ürək Assosiasiyasının saytında dərc olunmuş tədqiqatda məlumat verilib.
Mütəxəssislər ağır ürək-damar xəstəliklərindən əziyyət çəkən və depressiya yaşayan qadınlarda insult riskinin 32 faiz yüksək olduğunu bildiriblər.
Tədqiqatda qeyd olunur ki, depressiyanın ağır formaları ürək-damar sisteminin fəaliyyətinə pis təsir edir. Bu pozğunluq isə insultu, eləcə də xroniki xəstəlikləri gücləndirə bilər.
Məqalə müəllifləri öz həmkarlarına depressiyadan əziyyət çəkən xəstələrin ürək-damar sisteminin vəziyyətinə xüsusi diqqət yetirməyi məsləhət görürlər.
ABŞ alimləri belə qənaətə gəliblər ki, miqrenlərdən əziyyət çəkən qadınlarda da insult riski xeyli yüksəkdir.

  • Sosial şəbəkədə paylaş