
Həkimlər isə bildirirlər ki, antibiotiklərin səbəbli-səbəbsiz istifadəsi, düzgün olmayan qəbulu dünyada antibiotiklərə davamlı olan mikrobların əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən alimlər antibiotikləri yalnız zəruri hallarda təyin etməyi tövsiyə edirlər. Antibiotiklərdən çox istifadə isə uşaqlarda immuniteti aşağı salır. Bu da onların orqanizminin digər xəstəliklərə qarşı olan müqavimətini azaldır.