Atributinfo.az - Azerbaycan'dan Son Dakika Haberler ve Güncel Bilgiler
Topçu İsgəndər” kimi əbədiləşən Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılmışdır
Mitinq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yas edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Mitinqdə Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov, ictimai xadim Rəşid Mahmudov, Dövlət qulluğunun baş müşaviri Eldar Əsgərov, veteran müəllimə Asya Tanarverdiyeva və Türkiyədən dəvət olmuş şəxslər çıxış etmişlər.
Eldar Əsgərovun (Şəkibəyovun) çıxışı
Hörmətli şəhid ailələri, dəyərli qazilər, hörmətli veteranlar,
əziz gədəbəylilər, mətbuat nümayəndələri və dəyərli qonaqlar!
Bu gün burada çox mühüm və müqəddəs bir məqsədlə toplaşmışıq.
Bu gün biz sadəcə bir xatirə guşəsinin açılışını etmirik. Biz tariximizin ağır və şərəfli səhifələrindən birini yaşadan, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini gələcək nəsillərə əmanət edən mənəvi bir yaddaş məkanının əsasını qoyuruq.
Bu guşə daşdan, mərmərdən və ya başqa bir materialdan ibarət abidə deyil. Onun əsl mahiyyəti burada əbədiləşdirilən adlarda, həmin adların arxasında dayanan həyatlarda, döyüşlərdə, fədakarlıqlarda və Vətən qarşısında göstərilən misilsiz sədaqətdədir.
1992-ci ilin avqustunda Gədəbəyin Başkənd və Mutudərə istiqamətində baş verən hadisələr Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Həmin günlərdə Azərbaycan Ordusu son dərəcə ağır şəraitdə, məhdud imkanlarla, lakin böyük iradə və Vətən sevgisi ilə mühüm hərbi əməliyyat həyata keçirdi.
Başkənd əməliyyatı 6–9 avqust 1992-ci il tarixlərində həyata keçirilmiş və nəticədə Gədəbəy rayonunun daxilində yerləşən Başkənd yaşayış məntəqəsi erməni silahlı birləşmələrindən azad edilmişdir. Əməliyyat Azərbaycan Ordusunun həmin dövrdə həyata keçirdiyi ən mühüm və uğurlu hərbi əməliyyatlardan biri kimi tarixə düşmüşdür.
Lakin tarixə yalnız nəticə ilə baxmaq olmaz. Qələbənin arxasında hansı fədakarlıqların dayandığını bilmədən onun həqiqi mənasını anlamaq mümkün deyil.
Başkənd əməliyyatının ən ağır səhifələrindən biri Mutudərə döyüşləri idi.
1992-ci il avqustun 5-də düşmənin böyük qüvvələrlə Mutudərə istiqamətində hücumu başladı. Həmin anda baş leytenant Məzahir Rüstəmovun rəhbərlik etdiyi dəstə düşmənin ilk zərbəsini üzərinə götürmüşdü. Onlar son nəfəsə, son gülləyədək döyüşərək düşmənin irəliləməsini ləngitdilər və dinc əhalinin kənddən çıxmasına imkan yaratdılar. Məzahir Rüstəmov həmin döyüşdə qəhrəmancasına şəhid oldu.
Bu, hərbi tarixdə bir döyüş epizodu kimi qeyd oluna bilər. Amma bizim milli yaddaşımız üçün bunun mənası daha böyükdür, çünki Məzahir Rüstəmov öz həyatını yalnız bir mövqenin müdafiəsinə deyil, orada yaşayan insanların həyatına sipər etdi.
O, özündən sonra yalnız bir ad qoymadı. O, bizə bir məsuliyyət qoydu. Vətəni qorumağın nə demək olduğunu göstərdi.
Məhz buna görə Məzahir Rüstəmovun qəhrəmanlığı illər keçdikcə kiçilmədi, əksinə, milli yaddaşımızda daha böyük məna qazandı. O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.
Bu gün onun adını çəkərkən yalnız bir qəhrəmanın həyatını xatırlamırıq. Biz Mutudərədə Vətən üçün dayanan bütün oğullarımızı xatırlayırıq. Biz son gülləsini, son nəfəsini Vətənə həsr edənləri xatırlayırıq. Biz adı tarix kitablarında bəlkə də ayrıca qeyd olunmayan, lakin həmin döyüşlərdə öz həyatını ortaya qoyan yüzlərlə insanın qarşısında baş əyirik.
Başkənd əməliyyatının tarixində polkovnik Cahangir Rüstəmovun da xüsusi yeri vardır. O, həmin əməliyyata rəhbərlik edən əsas hərbi rəhbərlərdən biri idi. Onun hərbi təcrübəsi, sərkərdəlik qabiliyyəti və Gədəbəyin sərhədyanı ərazilərinin müdafiəsində göstərdiyi fədakarlıq bu döyüşlərin nəticəsində mühüm rol oynadı. Rəsmi məlumatlara görə, Cahangir Rüstəmov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Cahangir Rüstəmovun adı bizə bir həqiqəti də xatırladır:
Qəhrəmanlıq bəzən düşmən qarşısında silahı əldə tutmaqdır, bəzən isə həmin silahı hansı istiqamətdə və hansı məqsədlə istifadə etməyi bilməkdir. Sərkərdəlik də Vətən qarşısında məsuliyyətdir. Komandanlıq da məsuliyyətdir. Əsgərin həyatına cavabdehlik də məsuliyyətdir. Cahangir Rüstəmovun döyüş yolu bu məsuliyyətin nümunələrindən biridir.
Bu tarixi hadisələrin qəhrəmanları sırasında Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın yaddaşında “Topçu İsgəndər” kimi əbədiləşən İsgəndər Aznaurovun da adı xüsusi ehtiramla çəkilir. O, Gədəbəy istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliklə öz adını Azərbaycan hərb tarixinin parlaq səhifələrindən birinə yazdırmışdır.
İsgəndər Aznaurovun, Məzahir Rüstəmovun və həmin döyüşlərdə iştirak edən digər qəhrəmanlarımızın həyat yolu göstərir ki, Vətənin müdafiəsi yalnız silah və hərbi texnika məsələsi deyil. Vətən müdafiəsi ilk növbədə inam məsələsidir. İradə məsələsidir. Sədaqət məsələsidir. İnsanın öz həyatını Vətənin taleyindən üstün tutmaması məsələsidir.
Bu gün Azərbaycan güclü dövlət və güclü ordu quruculuğunun yeni mərhələsini yaşayır. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir.
Lakin bugünkü Zəfəri yalnız 2020-ci ilin hadisələri ilə izah etmək olmaz. Bu Zəfərin mənəvi və tarixi kökləri daha uzaqlara gedib çıxır. Bu Zəfərin içərisində 1992-ci ilin Başkənd döyüşləri də vardır. Mutudərə də vardır. Gədəbəyin sərhəd kəndlərində gecə-gündüz keşik çəkən insanlar da vardır. Məzahir Rüstəmovun son döyüşü də vardır. İsgəndər Aznaurovun qəhrəmanlığı da vardır. Cahangir Rüstəmovun komandanlığı da vardır. Və adı bu gün burada səslənməyən, lakin Vətən üçün canından keçmiş bütün şəhidlərimizin müqəddəs payı vardır. Ona görə də bu gün açılan xatirə guşəsi yalnız keçmişə baxmaq üçün yaradılmır. Bu guşə gələcəyə baxmaq üçündür. Çünki şəhidlərin xatirəsini yaşatmaq yalnız onları yad etmək demək deyil, şəhidlərin xatirəsini yaşatmaq onların uğrunda can verdiyi dəyərləri qorumaq deməkdir. Dövlətçiliyi qorumaqdır. Müstəqilliyi qorumaqdır. Torpağa sahib çıxmaqdır, gənc nəslə Vətən sevgisinin sözlə deyil, əməllə ölçüldüyünü göstərməkdir.
Əgər bu gün bir gənc bu guşənin qarşısında dayanıb Məzahir Rüstəmovun adını oxuyacaqsa və öz-özünə “Mən Vətənim üçün nə edə bilərəm?” sualını verəcəksə, deməli, bu guşə öz ən böyük məqsədinə çatmış olacaq.
Əgər bir məktəbli burada İsgəndər Aznaurovun adını oxuyaraq onun həyatını öyrənmək istəyəcəksə, deməli, qəhrəmanlarımız yenidən gələcək nəsillərlə danışmağa başlayacaq.
Əgər burada Cahangir Rüstəmovun adını oxuyan gənc komandanlığın, intizamın və məsuliyyətin nə demək olduğunu anlayacaqsa, deməli, bu yaddaş məkanı öz missiyasını yerinə yetirəcək, çünki şəhidlər yalnız keçmişimizin deyil, gələcəyimizin də qəhrəmanlarıdır.
Əziz dostlar!
Tarix unudulanda yalnız hadisələr itmir.
İnsanlar itir, adlar itir, dəyərlər itir və ən təhlükəlisi, gələcək nəsil öz keçmişindən aldığı mənəvi dayaqları itirir. Bu baxımdan, belə xatirə guşələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Biz burada bir tarix kitabının səhifəsini daş üzərində əbədiləşdirmirik. Biz milli yaddaşımızın bir parçasını gələcəyə ötürürük.
Bu gün burada adlarını ehtiramla çəkdiyimiz qəhrəmanların heç biri Vətən qarşısındakı borcunu təxirə salmadı. Heç biri “başqası edər” demədi. Heç biri Vətənin taleyinə kənardan baxmadı. Onlar öz məsuliyyətlərini dərk etdilər və həmin məsuliyyətin ən ağır formasını - həyatlarını Vətənə həsr etməyi seçdilər.
Bu gün bizim borcumuz isə onların fədakarlığını yalnız xatırlamaq deyil. Onların qoyduğu mənəvi irsi yaşatmaqdır.
Əziz şəhid ailələri!
Bu gün xüsusilə sizin qarşınızda baş əyirik, çünki qəhrəmanların arxasında onların yoxluğunu ömür boyu daşıyan ailələri dayanır.
Şəhid yalnız döyüş meydanında həyatını itirmir. Onun yoxluğu ailəsinin həyatında hər gün yenidən hiss olunur. Ona görə də şəhid ailələrinə ehtiram dövlət və cəmiyyət üçün sadəcə mənəvi borc deyil, müqəddəs məsuliyyətdir.
Bu gün açılan guşə həm də Sizin ağrınızın, qürurunuzun və əzminizin qarşısında bir ehtiram ifadəsidir.
Əziz gədəbəylilər!
Gədəbəy torpağı Azərbaycan tarixinin çox mühüm qəhrəmanlıq səhifələrinə şahidlik edib.
Bu torpaq sərhəddir, bu torpaq yaddaşdır, bu torpaq qəhrəmanlarımızın qanı ilə müqəddəsləşmiş torpaqdır.
Biz bu tarixi yalnız keçmiş kimi deyil, gələcək nəsillərin mənəvi sərvəti kimi qorumalıyıq. Bu gün burada bir daha əmin oluruq ki, zaman keçir, nəsillər dəyişir, müharibələr başa çatır, lakin Vətən uğrunda verilən qurbanların mənası heç vaxt dəyişmir, çünki Vətən uğrunda verilən can torpaqda qalmır - xalqın yaddaşında yaşayır.
Bu gün biz Məzahir Rüstəmovun, İsgəndər Aznaurovun, Cahangir Rüstəmovun və Başkənd, Mutudərə, Gədəbəy istiqamətində Vətən uğrunda döyüşmüş bütün qəhrəmanlarımızın qarşısında baş əyirik.
Onların xatirəsi əbədi olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə möhkəm cansağlığı versin! Şəhid ailələrinə səbir və uzun ömür nəsib etsin! Azərbaycanımız daim müstəqil, güclü və firavan olsun!
Yaşasın Azərbaycan!
Şəhidlərimizin əziz və müqəddəs xatirəsi daim yaşasın!
Qəhrəmanlarımızın adı əbədi yaşasın!
Diqqətinizə görə təşəkkür edirəm.
Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövründə ixrac olunan metanolun dəyəri əvvəlki illə müqayisədə 8,4 faiz, həcmi isə 37,9 faiz azalıb.
Ötən ay əlilliyə görə pensiya alanların sayı açıqlanıb
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Prabovo Subiantoya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib
10 avqust tarixli bildiriş ABŞ Konqresinin rəsmi protokolunda yer alıb.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Müdafiə Nazirliyindən bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərlərə əlamətdar gün münasibətilə təbriklərini çatıdıblar. Həmçinin onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.
Çıxış edən tədbir iştirakçıları gənc əsgərlərin hərbi andı qəbul etmələrindən qürur duyduqlarını və hərbi xidmətdə yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.
Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb. Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.
Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
Müdafiə Nazirliyinin rəhbərliyi general-mayorun vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir: “Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb
"Haaretz" qəzetində dərc olunan hesabata əsasən İsrailin müharibə xərcləri təxminən 420 milyard şekelə (142 milyard dollar), dövlət borcu isə təqribən 400 milyard şekelə (135 milyard dollar) çatıb.
Hesabatda qeyd olunur ki, sursat ehtiyatlarının daha qısamüdddətli müharibələr üçün hazırlanmasına baxmayaraq 2023-cü ilin oktyabr ayının sonlarında Qəzzada quru əməliyyatına başlayan İsrailin döyüş gözləntisi üç aylıq olub.
Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir
Kuşnerin Trampın sülh planını müzakirə etmək üçün Qahirədə HƏMAS nümayəndə heyəti ilə də görüşəcəyi planlaşdırılır.
Onun Misirə səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun Trampın 15 bəndlik sülh planını açıq şəkildə rədd etməsindən sonraya təsadüf edir.
Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun Qahirədəki görüşdə Kuşneri müşayiət edəcəyi gözlənilir.