Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək.
Bu barədə jurnalistlərə müsahibəsində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze məlumat verib.
Nazir deyib ki, teatrın binasının darısqal olması və aktyorların çətin şəraitdə fəaliyyət göstərmələri barədə nazirlikdə məlumat var. Nazirlik teatr üçün yeni binanın tikilməsi barədə müvafiq strukturlara müraciət edib. Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır. “Tezliklə layihələndirmə işləri başa çatacaq. Düşünürəm ki, yaxın vaxtlarda tikinti işlərinə başlayacağıq”, - deyə nazir əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ