Sizin reklam burada
Sizin reklam burada

Maestro Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, Azərbaycan Respublikasının Dövlət mükafatı və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatının laureatı Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi altında çıxış edib.
Rauf Abdullayevin yaradıcılığı haqqında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi , professor Lalə Hüseynova dinləyicilərə geniş məlumat vermişdir. Dünyanın müxtəlif ölkələrindən olan görkəmli incəsənət xadimlərinin təbrikləri video çarx şəklində gecədə təqdim olunub.
Daha sonra tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin “Taleyin gücü” operasına Uvertüra və Modest Musorqskinin “Sərgidən şəkillər” əsərləri səsləndirilib.
Sonda Rauf Abdullayev tamaşaçıların gurultulu alqışları ilə səhnəyə dəvət olunmuşdur. Maestrokonsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, 1959-cu ildə Ü.Hacıbəyov adına Аzərbаycаn Dövlət Kоnservаtоriyаsını və 1965-ci ildə isə Leninqrаd Dövlət Kоnservаtоriyаsını dirijоrluq üzrə bitirən Rauf Abdullayev 1965–1968-ci illərdə M.F.Ахundzadə аdına Аzərbаycаn Dövlət Оperа və Bаlet Teаtrının dirijоru, 1968–1984-cü illərdə baş dirijoru, 1984-cü ildən Ü.Hаcıbəyоv adına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991–1997-ci illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, həmçinin beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının, eləcə də layihələrin iştirаkçısı оlub. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına dirijorluq edib. Eyni zamanda bir çох ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay və s.) məşhur kоllektivlərə dirijоrluq edib. Onun repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ