Sizin reklam burada
Sizin reklam burada

Milli Azərbaycan Tarixi Muzeyində "Xurşidbanu Natəvan - 190" adlı sərgi-tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində 29 noyabr 2022-ci il tarixində "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Xurşidbanu Natəvan - 190" adlı sərgi-tədbir keçirilib. Sərgi-tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına” əsasən keçirilib.
Sərgi-tədbirin birinci hissəsində Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan şəxsi əşyalarının Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən çəkilmiş rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açılış nitqi ilə çıxış edib. Sonra söz Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulovaya və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının təmayül fənləri üzrə direktor müavini Kəmalə Kərimovaya verilib.
Daha sonra layihədə iştirak edən gənc rəssamlar, müəllimlər, bədii hissə iştirakçıları sertifikat və təşəkkürnamələr ilə təltif olunub.
Tədbirin ikinci hissəsində Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədlinin rəhbərliyi ilə bədii hissə nümayiş olunub. Bədii hissədə Bakı Dövlət Universitetinin tələbələrinin ifasında “Xurşidbanu Natəvan -190” adlı fraqment-tamaşa (“Montessori Qızıl Açar” uşaq bağçasının dəstəyi ilə) nümayiş olunub.
Sonda tədbir iştirakçıları "Xarıbülbülün vətəni - Şuşa" sərgisini ziyarət ediblər.
Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin rəhbəri Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ