Sizin reklam burada
Sizin reklam burada

Qubada dəfn məqsədilə qazıntı aparılan zaman qədim mədəniyyət nümunələri tapılıb

Quba rayonunun Digah kəndində yerləşən qəbirstanlıq ərazisində, dəfn məqsədilə qazıntı aparılan zaman, çaydaşlarından və bişmiş kərpicdən ibarət, eni 80 santimetr qalınlığında olan divar aşkarlanıb.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətidən məlumat verilib.
Bundan əlavə ərazidən müxtəlif keramika nümunələri və dəyirman daşı da tapılıb.
Ərazi Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə görürülüb.
Sakinlərdən əldə olunan məlumata görə ərazidən daha öncə də sikkələr, kəmər, saxsı qablar və s. maddi mədəniyyət nümunələri aşkar olunub.
Ərazinin kompleks tədqiq olunmasına ehtiyac var. Bununla bağlı tədbirlərin görülməsi planlaşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ