Sizin reklam burada
Sizin reklam burada

Basqalın tarixi məscidi bərpa olunacaq

Basqalın tarixi məscidi bərpa olunacaq Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.
Onun sözlərinə görə, azırda arxeoloji qazantılar aparılır.
"Layihələndirilmə prosesində bütün bunlar nəzərdə tutulmalıdır. Yaxın günlərdə bərpa işlərinə başlanılacaq. Eyni zamanda Basqalın digər məscidi də bərpa olunacaq".
Nizami Qasımzadə onu da qeyd edək ki, məqsəd təkcə bərpa deyil, eyni zamanda yeni iş yerlərinin də açılmasıdır.
"Sənətkarlığın təbliği ilə bağlı tədbirlər görürük. Müxtəlif emalatxanalar fəaliyyət göstərəcək. Eyni zamanda ipək kəlağayıların da istehsalı üçün addımlar atılacaq. Bundan başqa kənd evlərinin turistləein istifadəsinə təklif olunması üçün də əhaliyə şərait yaradılacaq. Bu işlər aparıldıqdan sonra Basqal camaatı kifayət qədər sayda iş yerləri ilə təmin olunacaq".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ