Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda XIX əsrə aid hamam məhv olmaq üzrədir

    Bakıda XIX əsrə aid hamam məhv olmaq üzrədir Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən XIX əsrə aid tarixi hamam məhv olmaq üzrədir.
    Trend-in əməkdaşı bu gün sözügedən ərazidə hamamın vəziyyəti ilə maraqlanıb.
    Məlum olub ki, tamamilə dağılmaq üzrə olan tikilinin yerləşdiyi ərazi dörd bir tərəfdən hasara alınıb, ərazinin özəlləşdirildiyi deyilir.
    Təxminən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid olan hamamın adı bəlli deyil. Bu səbəbdən də mədəni irs siyahısına salınmayıb.
    Bəzi qeyri-rəsmi mənbələrə görə, hamamın adı Əlimurad və ya Hacımurad hamamı olub.
    Tarixi tikilinin son vəziyyəti ilə bağlı fotoları təqdim edirik:

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ