Sizin reklam burada
Sizin reklam burada

Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Ankarada Əhməd Cavadın yubileyi keçiriləcəkMilli Məclisin deputatı Əziz Ələkbərov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
Deputatımız burada Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində iştirak edəcək.
Tədbirdə Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək.
Əziz Ələkbərli, həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində olacaq və böyük şairin heykəlinin açılış mərasiminə qatılacaq.
Səfər mayın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ