Sizin reklam burada
Sizin reklam burada

"Duet ortaqlarının 80 faizi eşq yaşayır" - Mənzurə Musayeva

"Duet ortaqlarının 80 faizi eşq yaşayır" - Mənzurə Musayeva Müğənni Mənzurə Musayeva səsləndirdiyi “Duet oxuyanlar sevgilidir” sözlərinə aydınlıq gətirib.
İfaçı “MTV Azərbaycan”a bu sözləri deyib:
"Hamısına şamil etməmişəm. Düzdür, bu sözlərim bəzilərini qıcıqlandırdı. Demişəm ki, 80 faiz duet ortağı eşq yaşayır. Özləri də bilirlər. Burada heç bir problem yoxdur. Eşq yaşayanda nə olar ki? Duet daha da uzunömürlü olur".
O, yeni münasibətə başlamaq istədiyini də etiraf edib: "İstəyirəm olsun, bilmirəm problem məndədir, yoxsa qarşı tərəfdə. İstəsəm, ikinci qadın olardım, hər kəsin öz əlindədir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ