Sizin reklam burada
Sizin reklam burada

Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir

Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaqlar arasında xalqımızın və dövlətimizin Qarabağ zəfərinə həsr olunan “Zəfər Günü” adlı rəsm müsabiqəsi elan edir.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Müsabiqənin əsas məqsədi tarixi qələbəni uşaqların gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu aşılamaqdır.
Müsabiqənin 5-10 və 11-15 yaşlı uşaqların iştirakı ilə 2 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulur. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Müsabiqənin şərtləri aşağıdakılardır:
• İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər;
• Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir;
• Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz;
• Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər.
Müsabiqənin qaliblərinə İdarə tərəfindən mükafatlar təqdim olunacaq. Hər bir iştirakçıya isə Bəhram Bağırzadənin şəxsi imzası ilə uşaq kitabları hədiyyə ediləcək.
İştirakçılar əl işlərini 27.10.2021-dən – 4.11.2021-dək saat 09:00-18:00 aralığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə təqdim edə bilərlər. Ünvan: İçərişəhər, Böyük Qala küç 28
Qeyd edək ki, işlər 6-9 noyabr tarixlərində Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zonası”nda sərgilənəcək. Ünvan: İçərişəhər, Böyük Qala 46.
Münsiflər heyəti:
Bəhram Bağırzadə - aktyor, rejissor, teleaparıcı, Rəssamlar Assosiasiyasının üzvü
İrina Eldarova - Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü
Anna İbrahimbəyova - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru
Bəhruz Kəngərli - rəssam
Orxan Qarayev - rəssam

Twitter: @cingizsafarli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ