Sizin reklam burada
Sizin reklam burada

Yaqub Zurufçu ilə bağlı xəstəxanadan AÇIQLAMA: Vəziyyəti... - YENİLƏNİB

Yaqub Zurufçu ilə bağlı xəstəxanadan AÇIQLAMA: Vəziyyəti... - YENİLƏNİB Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.
Bu barədə koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.
Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.
Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilib.
Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
A. Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.
***
13:50
Əməkdar artist Yaqub Zurufçu koronavirusa (COVID-19) yoluxub.
Bu barədə APA-ya müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
O, sənətçinin hazırda “Yeni Klinika”nın reanimasiya şöbəsində müalicə olunduğunu deyib: “Həkimlər əllərindən gələni edirlər, lakin vəziyyəti heç də yaxşı deyil”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ