Sizin reklam burada
Sizin reklam burada

Şirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlir

Şirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlirİltizam Yusifov, millət vəkili

Bildiyiniz kimi Şirvan (keçmiş Əli-Bayramlı) Azərbaycanın 5 ən iri şəhərindən biridir. Sovetlər vaxtı şəhər kimi formalaşan Əli-Bayramlı beynəlmiləl bir şəhər olub. Şəhərdə doğulub, boya-başa çatan, təhsil alan şirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlir.
Sovet dövrünün bir ənənəsi var idi: hamı öz yaşayış yerinə yaxın məktəbdə oxuyardı, oynaya-oynaya, birlikdə (avtomobillə yox) məktəbə gedər və məktəbdən gələrdi. Ona görə də bu gün eşitdiyimiz autizm xəstəliyi (tənhalıqdan əziyyət) ümumiyyətlə leksikonda yox idi. Bu praktika bu gün də dünyanın bütün inkişaf etmiş ölkələrində saxlanılır. Məsələn Yaponiyada, Amerika Birləşmiş Ştatlarında bu gün də belədir. Mənim dünən 5 ildən artıq Amerikanın Vaşinqton ştatının Sietl şəhərində yaşayan bir azərbaycanlı ilə söhbətim bir daha bunu təsdiq etdi.
Nə isə.. Şirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlir
Bu gün sizə söz açacağım şirvanlı Əlisafa Nuriyevdir. Eyni məktəbi, 9 saylı məktəbi bitirmişik. Məktəbdə tez-tez görüşər, dərsdən sonra evə məktəb uşaqları ilə birlikdə gələrdik.
Bu günlərdə Əlisəfa Nuriyev “Azərxalça” ASC-də istehsalat üzrə direktor vəzifəsinə təyinat olub.
- Əlisafa Nuriyev 1984-cü ildə Rusiyadakı Novosibirsk Elektrotexniki Rabitə İnstitunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
- 1995-ci ildə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb.
- 1995-2005–ci illər ərzində “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb.
- 2005-2016–ci illər ərzində “Azərxalça” ASC yaradılana qədər müəsissənin direktoru vəzifəsini icra edib.
- O, 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun hazırlanması və Parlamentdə qəbul olunması prosesində iştirak edib, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”ı onun bilavasitə iştirakı ilə hazırlanıb.
- Ə.Nuriyev “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunduqdan müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kimi çalışıb.
- iyun 2021-ci ildə Əlisəfa Nuriyev “Azərxalça” ASC-də istehsalat üzrə direktor vəzifəsinə təyinat olub.
Xalçaçılıq Azərbaycan xalq-tətbiqi sənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır. Azərbaycan xalçaları dünyada məşhurdur, Çox təəssüf ki, Təbriz xalçaları bu gündə iran xalçası kimi dünyaya təqdim edilir.
Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə, şərti olaraq, 7 xalçaçılıq məktəbinə bölünür:
Quba, Bakı (yaxud Abşeron), Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz.
Bu məktəblərin hər birinin özünəməxsus rəngləri, naxışları vardır. Müsal üçün deyim ki, Quba xalçasının fərqli-fərqli 25 növü var. Hər kəndin öz xalçası, oz kaloriti var. Təkcə Qubanın Çiçi kəndinin adı ilə 4 xalça növü var.
Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan Təbrizdə, eləcə də, Avropa ilə ticarət əlaqələrinin olması, xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Azərbaycanda xalçaçılığın inkişafı üçün bu gün də mühüm tədbirlər həyata keçirilmişdir. Bu sahədə uzun müddət çalışanlardan biri də məhz Əlisafa Nuriyevdir.
Mən Əlisəfa müəllimi təbrik edirəm, ona Azərbaycanda Xalça sənətinin qorunması, inkişafı işlərində müvəffəqiyyətlər arzulayıram.
Şirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlirŞirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlirŞirvanlıların xoş sədası bu gün də uzaqlardan gəlir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ