Sizin reklam burada
Sizin reklam burada

Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - Nazir

Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - Nazir Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
A.Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda, infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir.
Ümumiyyətlə, fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ