Sizin reklam burada
Sizin reklam burada

“Əməkdar artist olsam da, icarəyə 30 min istəyirlər” - Yenilənib

“Əməkdar artist olsam da, icarəyə 30 min istəyirlər” - Yenilənib “Heydər Əliyev Sarayının icarəsi bahadır. Baxmayaraq ki, Əməkdar artistəm, 30 min manat icarə puludur. Akademik ifaçıyam, o pulu çıxara bilməyəcəm. Artıq həvəsim də yoxdur ki, solo konsert verim. Konsertlərin önəmi, mənası yoxdur. Məni bu vəziyyətə çatdırdılar”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov “10-da görüşək” proqramında qonaq olarkən qeyd edib. Sənətçi efirdə solo konsert verməməyinin səbəbini açıqlayıb, bayağı musiqi ifa edənləri tənqid edib.
“Kütlə ciddi insanları sevmir. Məni qaraqabaq biri kimi tanıyırlar. Təəssüf ki, insan aldadana inanır. Səmimi və dürüst insanlara inanmır”,- deyə müğənni söyləyib.
Bundan əlavə, ifaçı “Sənətçi gəlin istəyərsizmi?” sualına belə reaksiya verib: “Övladımın şəxsi işidir. Oğlum yoxdur, qızım var. Amma onu müğənniyə ərə verməzdim. Oğlum olsa da, istəmərəm. Çünki özüm bu peşənin sahibiyəm. Çətin məsələdir. Sənət insanları qəribədir, gərək bizi yola verəsən”.
***
Heydər Əliyev Sarayından “Qafqazinfo”ya bildirilib ki, Əməkdar artist solo konsertlə bağlı Saraya müraciət etməyib: “Zaur Əmiraslanov tərəfindən müraciət daxil olmayıb. Eyni zamanda, konsert barədə hər hansı bir müzakirə də aparılmayıb. 30 min manat istənilməsi məsələsi də doğru deyil”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ