Sizin reklam burada
Sizin reklam burada
  • Prezident Xalq artistinə ev bağışladı

    Prezident Xalq artistinə ev bağışladı Prezident Xalq artisti Vidadi Həsənova ev bağışlayıb.
    Bu barədə aktyor özü sosial şəbəkədə məlumat yayıb. Xalq artisti Bakı şəhərində 3 otaqlı mənzillə təmin olunmasına görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib:
    “Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də sadəcə tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma mən belə düşünmək istəmirəm.Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - istəyirsiz inanın, istəyirsiz yox - məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ