Sizin reklam burada
Sizin reklam burada

Demet Hadisəni tələyə saldı - “Bakıda onu sona saxlatdırdım...”

Demet Hadisəni tələyə saldı - “Bakıda onu sona saxlatdırdım...” Türkiyənin məşhur müğənnisi Demet Akalın pop ulduz Hadisəyə söz atıb.
Sənətçi ötən gün qatıldığı tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
31 dekabrda Bakıda səhnəyə çıxacağını söyləyən Demet gülərək maraqlı bir açıqlama verib.
O, Hadisəni tələyə saldığını söyləyib: “Bilirsiniz, Bakı ilə bizim aramızda saat fərqi var. Mən buna görə tez səhnəyə çıxacaq. Beləliklə, ikinci iş fürsətimi də qazanmış oldum. Hadisəni isə sona saxlatdırdım ki, o, İstanbula dönə bilməsin. Mən isə İstanbula qayıdıb ikinci səhnədə çıxış edəcəyəm”.
Xatırladaq ki, Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu Bakı Olimpiya Stadionunda səhnəyə çıxacaqlar.
Hadisə gecədə 2 saatlıq çıxış üçün 190 min AZN, Demet Akalın isə 1 saatlıq ifa üçün 127 min manat qonorar alacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ