Sizin reklam burada
Sizin reklam burada

Yevlax və Tərtər rayonlarında yeni arxeoloji materiallar aşkarlanıb

Yevlax və Tərtər rayonlarında yeni arxeoloji materiallar aşkarlanıb AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Yevlax rayonunun Qaramanlı və Tərtər rayonunun Bəyimsarov kəndləri arasındakı ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı 10 ədəd küp qəbir açılıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov bildirib ki, eradan əvvəl II-I əsrlərə aid dəfn küplərinin yanında və içərisində müxtəlif ölçülü və formalı onlarla saxsı qab – küpə, kasa, piyalə və sair, n tuncdan bəzək əşyaları və əmək alətləri (gərdənlik, qolbaqlar, oraq) aşkarlanıbb.
Arxeoloji materialların bir hissəsi Yevlax-Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ