Sizin reklam burada
Sizin reklam burada
  • Kanadada azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş filmin premyerası keçirilib

    Kanadada azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş filmin premyerası keçirilib Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində məcburi köçkün olan azərbaycanlı uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib.
    Səfirlikdən verilən məlumata görə, tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Kanadadakı Səfirliyi tərəfindən təşkil edilib. Təbirdə Ottavada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, kanadalı qonaqlar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
    Nümayişdən əvvəl Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rağmən ədalətsizlik davam edir, Azərbaycanın 20% torpağı işğal altında qalır və qaçqınlar öz evlərinə qayıtmaq hüququndan məhrum ediliblər. Bundan başqa, filmin qaçqın probleminə muğam prizmasından yanaşdığını söyləyən R.Hüseynli, muğamın Azərbaycan xalqı üçün önəmindən, Dağlıq-Qarabağ bölgəsinin muğam sənətinin mərkəzlərindən biri olmasından, eləcə də muğamın Ermənistan-Azərbaycan münaqişəsi dövründə kədər və ümidlə assosiasiya olunmasından danışıb.
    Tədbir filmin nümayişi ilə davam etmişdir. Qaçqın və məcburi köçkünlərin taleyi və muğam sənəti barədə bəhs edən “Gənc səslər, qədim nəğmə” filmi tamaşaçılarda böyük marağa səbəb olub
    Nümayişdən sonra sənədli filmin müəllifi C.Verbok səhnəyə çıxaraq, Azərbaycanla ilk tanışlığı, azərbaycanlı məcburi köçkünlərin vəziyyəti, həmçinin Azərbaycan muğamının fərqləndirici xüsusiyyətləri barədə danışmış, eləcə də tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.
    Nümayişdən sonra C.Verbok Azərbaycan tarı və kamançasında milli musiqilərdən nümunələr ifa edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ