Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda 51 üçəm doğulub

Azərbaycanda 51 üçəm doğulub Bu il Azərbaycanda 51 üçəm doğulub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib.
Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-sı əkiz, 51-i isə üçəm doğulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ