Sizin reklam burada
Sizin reklam burada

Yer kürəsi təhlükədə - “Planet qatili” yaxınlıqda dolaşır

Amerikalı elm adamları səkkiz ildən çoxdur müşahidə edilən potensial ən təhlükəli asteroidin Yer kürəsi ilə yolunun kəsişə biləcəyi barədə xəbərdarlıq ediblər.
Karnegi Elm İnstitutunun astronomu Skott Şeppard diametri təxminən 1.5 km olan və “planet qatili” adlandırdıqları dünyaya yaxın iki asteroid kəşf etdiklərini açıqlayıb.
Elm adamları bu asteroidlərdən biri 2022 AP7-nin Yer kürəsi üçün potensial təhlükə yaradacaq məsafədə olduğunu deyirlər.
“Planet qatili” əvvəllər Yer və Venera arasında yerləşib, buna görə də onu aşkar etmək çətin olub. Çünki astronomlar bu sahəni araşdırmaq üçün Günəş istiqamətinə baxmalı idilər. “Ceyms Uebb” və ya “Habl” kimi teleskoplar optik həssaslıqlarına görə bu istiqamətdə istifadə edilə bilməzdi.
2022 AP7 asteroidinin Yer kürəsi üçün nə vaxt kəskin təhlükə yaradacağı bəlli deyil.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ