Sizin reklam burada
Sizin reklam burada
  • İstanbulda MÖCÜZƏ TUNEL: Dənizin dibi ilə piyada keçidi tikilir

    İstanbulda MÖCÜZƏ TUNEL: Dənizin dibi ilə piyada keçidi tikilir İstanbulun Asiya və Avropa hissəsini birləşdirən İstanbul Boğazının altından piyada tuneli çəkilir.
    İstanbulun Üsküdar ilə Kabataş hissəsini birləşdirən layihə ilə bağlı işlərə start verilib.
    Piyadalar üçün iki qitəni dənizin altından birləşdirən tunel iki kilometr uzunluğunda olacaq.
    Dənizin 20 metr dərinliyindən keçəcək ikiqatlı tunelin üst qatını piyadalar və velosipedçilər istifadə edəcəklər. Alt qat isə əlillər üçün nəzərdə tutulub. Üsküdarda Marmaraydan enən piyadalar dənizin altından hərəkət edərək qarşı tərəfdə Kabataş metrosuna keçə biləcəklər.
    Tikintinin 2019-cu ildə yekunlaşması nəzərdə tutulur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ