Sizin reklam burada
Sizin reklam burada

Çin kosmosa 5 nanopeyk buraxıb

Çin kosmosa 5 nanopeyk buraxıb Çin özünün "Çjuhay-1” orbital sistemini formalaşdırmaq məqsədilə kosmosa məsafədən zondlamanı həyata keçirən beş nanopeyk göndərib.
Bu barədə "The Paper” portalı məlumat yayıb.
Portalın məlumatında bildirilir ki, nanopeyklərin buraxılışı "Çançjen-11” raketdaşıyıcısı ilə ölkənin şimal-qərb əyaləti Qansuda yerləşən Tszyutsyuan kosmodromundan həyata keçirilib.
Çinin kosmos mütəxəssislərinin planına görə, "Çjuhay-1” orbital sistemi 34 peykdən ibarət olmalıdır. Onların arasında hiperspektral, radar və infraqırmızı, habelə xüsusi videokamera olan və yüksək optik imkanlara malik aparatlar var.
Məlumatda qeyd olunur ki, bu buraxılış "Çançjen” raketdaşıyıcısının 311-ci startıdır. Onun sayəsində "Çjuhay-1” orbital sistemində artıq 12 peyk mövcuddur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ