Sizin reklam burada
Sizin reklam burada
  • Populyar Android proqramında təhlükəli virus aşkarlandı

    Populyar Android proqramında təhlükəli virus aşkarlandı Proqram əlavəsi PDF faylların yaradılması və skan olunmuş sənədlərdə mətnin oxunması üçündür
    Kibertəhlükəsizlik üzrə ekspertlər bildiriblər ki, Google Play mağazasında təqdim olunan CamScanner proqram əlavəsində təhlükəli troyan virusu var.
    Bu barədə "Kasperski Laboratoriyası"nın saytında qeyd olunub.
    Proqram əlavəsi PDF faylların yaradılması və skan olunmuş sənədlərdə mətnin oxunması üçündür. Bildirilir ki, bu proqram əlavəsi və onun növlərinin ümumi yüklənmə sayı 100 milyonu ötüb.
    Tədqiqatçılar əlavəyə istifadəçilərin şikayətlərindən sonra diqqət yetiriblər. Əlavənin son versiyalarından birində onlar dropper virusu tapıblar. Bu virus əlavə yükləmə modulunu aktivləşdirir, o isə öz növbəsində kiberquldurun ağlına gələn proqramı qadcetə yükləyir.
    Güman edilir ki, bu, proqamın reklam göstərilməsi və xüsusi abunə, yaxud da hesab üzərindən satılması vasitəsilə pul vəsaiti cəlb etmək cəhdi nəticəsində yaranıb. Google şirkəti ekspertlərin virus tapdıqlarını bəyan etməsindən sonra proqramı mağazadan silib./Sputnik Azərbaycan

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ