Sizin reklam burada
Sizin reklam burada
  • Uşaq böyütmək üçün 10 ideal ölkə - İlk onluq

    Uşaq böyütmək üçün 10 ideal ölkə - İlk onluq "U.S. News & World Report"un 2018-ci il "Ən yaxşı ölkə" hesabatına əsasən, Danimarka uşaq böyütmək üçün- onların təlim-tərbiyəsi və sağlamlığının qorunması baxımından ən yaxşı 10 ölkədən birincidir.
    65 fərqli meyar əsasında aparılan sorğuda 21.000 nəfər iştirak edib.
    80 ölkənin dəyərləndirildiyi genişmiqyaslı araşdırmada ölkələrin iqtisadi təsir gücü, vətəndaşlıq və həyat keyfiyyəti kimi bir çox kriteriyalar qiymətləndirilərək hər bir ölkənin "uğur səviyyəsi" hesablanıb.
    Uşaqları fiziki və psixoloji olaraq sağlam böyütmək üçün hansı ölkələrin ən yaxşı olduğunu müəyyən etmək üçün tədqiqatçılar qeyd olunan səkkiz kriteriyanı əsas götürüblər: insan haqqları, ailə dostluğu, gender bərabərliyi, xoşbəxtlik, gəlir göstəriciləri, təhlükəsizlik səviyyəsi, qabaqcıl təhsil və təkmilləşdirilmiş səhiyyə sistemi.
    Bu araşdırma Pensilvaniya Universiteti və Y&R BAV Group tərəfindən idarə olunan " Ən yaxşı ölkələrin hesabatı" adlı layihənin bir hissəsidir.
    Hesabata əsasən uşaqları böyütmək, təlim-tərbiyəsi ilə istədiyiniz kimi məşğul ola biləcəyiniz ən yaxşı 10 ölkəni təqdim edirik:
    Danimarka
    İsveç
    Norveç
    Finlandiya
    Kanada
    Hollandiya
    İsveçrə
    Yeni Zelandiya
    Avstraliya
    Avstriya

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ